Vitse-prezidentlərin arasını kim vurub? – Qallianini qovurlar
Bizi izləyin

İdman

Vitse-prezidentlərin arasını kim vurub? – Qallianini qovurlar

“Milan”ın cari mövsümdə düşdüyü vəziyyətə acımamaq olmur. Təkcə İtaliyanın yox, Avropanın da ən titullu klublarından birinin yaşadığı böhran gündən-günə dərinləşməkdədir.

Publika.az xəbər verir ki, artıq rəhbərlikdə də fikir ayrılığı yaranıb. İtaliya mətbuatı yaxınlarda “qara-qırmızı” düşərgədə struktur dəyişikliyi olacağını iddia edir. Daha doğrusu, klubun sahibi Silvio Berluskoninin qızı – həm də “Milan”ın vitse-prezidentlərindən biri Barbara Berluskoni digər vitse-prezident Adriano Qallianinin işdən çıxarılmasını istəyir. Mətbuatda yayılan xəbərlərə görə, Barbara atasına Qalliniylə sagollaşmağı məsləhət görüb.

İndiki məqamda ata Berluskoninin qızının məsləhətinə qulaq asacağı gözlənilir. O, Qallianini qovacağı təqdirdə idman direktoru postuna “Fiorentina”dan Daniel Pradeni və ya “Verona”dan Şon Solyanonu gətirə bilər.

Qeyd edək ki, artıq bir neçə müddətdir “Milan”ın baş məşqçisi Filippo İnzaginin də istefası gündəmdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm