Forlan milliylə vidalaşdı
Bizi izləyin

İdman

Forlan milliylə vidalaşdı

“Mançester Yunayted”, “Vilyarreal” və “Atletiko”dakı oyunuyla Avropada özünü kifayət qədər tanıtdıran Dieqo Forlan Uruqvay millisindəki çıxışını dayandırıb.

Publika.az xəbər verir ki, üç dünya çempionatında iştirak edən və 2011-ci ildə Cənubi Amerika kubokunu qazanan 35 yaşlı hücumçu milli karyerasına son qoyduğunu açıqlayıb. “Səma-mavi” formada 112 oyun keçirən və 36 qol vuran Dieqo bu qərara çətinliklə gəldiyini gizlətməyib:

“Çox düşündüm. Çətinliklə də olsa, qərarımı verdim. Zənnimcə, milliylə vidalaşmaq üçün uyğun vaxtdır. Qarşıda vacib turnirlər var – Kopa Amerika, DÇ-2018-in seçmə oyunları. Gənclərin yolunu açmaq lazımdır”.

Forlan hazırda Yaponiya J-Liqasında mübarizə aparan “Serezo Osaka”nın şərəfini qoruyur və sərgilədiyi oyunla bombardirlik bacarığını itirmədiyini nümayiş etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm