Jirinovski Soçi Olimpiadasını ləkələdi: “Yaponun qələbəsi əvvəlcədən razılaşdırılıb”
Bizi izləyin

İdman

Jirinovski Soçi Olimpiadasını ləkələdi: “Yaponun qələbəsi əvvəlcədən razılaşdırılıb”

Vladimir Jirinovski: “Plyuşenko hörmətə layiq deyil”

Soçi Olimpidasında Plyuşenko fiqurlu konkisürmə yarışının sərbəst proqramından imtina etdikdən sonra Jirinovski idmançını kəskin tənqid etmişdi.

Öz növbəsində Plyuşenko da Jrinovskini cavabsız qoymamışdı. İdmançı Jrinovskidən onun daxili işlərinə qarışmamağı tələb etmişdi.

Publika.az xəbər verir ki, idmançının bu tələbi siyasətçini özündən çıxarıb. Jrinovski Plyuşenkonun ünvanına sərt ifadələr səsləndirib: “Bu kobudluqdur. Mənim bir tamaşaçı kimi öz fikrimi bildirməyə haqqım var. Bundan əlavə, mən bunu yığma formalaşmamışdan əvvəl demişəm və o zaman heç federasiyanın iclası da keçirilməmişdi. Hökumətə bununla bağlı teleqram da göndərmişdim ki, Plyuşenkonu heyətə daxil etməyin! İndi artıq ona hörmət etmirəm. O, hörmətə layiq deyil.”

Qalmaqallı siyasətçi yapon fiqurist Yodzuro Xanyunun qələbəsinə də kölgə salıb, bu qələbəni sövdələşmə kimi dəyərləndirib:

“İstisna etmirəm ki, yaponun qələbəsi əvvəlcədən razılaşdırılıb. Plyuşenkoya yığmadan kənarlaşmaq təklif olunub. Belə olan halda avtomatik olaraq yapon önə çıxıb. Onlar üçün bu, milli fəxrdir. İşğal olunmuş ölkə üçün bu, ümumiyyətlə bayramdır.

Bunu kənar etmək, təmizləmək lazımdır. Güclü rəqibi kənarlaşdırdıqları üçün yox, bu adamın qələbəni həqiqətən kişiliyinə görə qazandığını bilməyimiz üçün. Liberal-Demokrat Partiyası da güclü partiyadır. Lakin onu da kənarlaşdırıblar”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm