Bu gün “Qartallar”ın taleyi həll olunacaq
Bizi izləyin

İdman

Bu gün “Qartallar”ın taleyi həll olunacaq

Bu gün Avropa Liqasının 1/8 final mərhələsi start götürür. Türkiyənin avrokuboklarda yeganə təmsilçisi olan “Beşiktaş” “Brügge”nin qonağı olacaq.

Publika.az xəbər verir ki, İstanbul klubunun heyətində kadr problemi var. “Qartallar”ın 4 futbolçusu zədəlidir. "Sivasspor"la matçda zədələnən Xose Sosa və Atiba Hatçinson “Brügge”yə qarşı oynaya bilməyəcək. Bundan əlavə, Aleksandr Milosevic və İsmail Köybaşı da hələ sağalmayıb.

"Beşiktaş"ın yarımmüdafiəçisi Veli Kavlak sarı vərəqə limitinə çox yaxındır. Veli bugünkü matçda sarı vərəqə alsa, cəzalı duruma düşəcək və cavab oyununu buraxmalı olacaq.

“Beşiktaş”ı qayğılandıran daha bir məsələ var. Komandanın əsas forvardı Demba Ba avrokuboklarda 104 gündür qol vura bilmir. Sonuncu dəfə “Asteras”la oyunda (2:2) fərqlənən seneqallı futbolçu “Brügge”ni məyus edə bilsə, 24 qolla “Beşiktaş”ın ən məhsuldar legioneri olacaq.

"Brügge"ylə oyun cari mövsümdə Avropa arenasında "Beşiktaş"ın 13-cü qarşılaşması olacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm