FHN-nin qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib
Bizi izləyin

İdman

FHN-nin qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) işçiləri həmkarlar ittifaqının və qurumun idman-sağlamlıq klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionata 20 komandadan 80-ə yaxın idmançı iştirak edib. Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakimi olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) komandaları tutub.

Şəxsi göstəricilərə görə, Yevgeniy Kasilov (DYMX), Elmir Hüseynov (Gəncə Regional Mərkəzi) və Rəşad Kəsəmənli (FHN-in Akademiyası) müvafiq olaraq birinci, ikinci və üçüncü pillədə qərarlaşıblar.

Komanda və şəxsi hesaba görə qalib gələn idmançılara FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm