Ulduzların uğursuz zarafatlarının yaratdığı qalmaqallar - VİDEO
Bizi izləyin

İdman

Ulduzların uğursuz zarafatlarının yaratdığı qalmaqallar - VİDEO

Çoxları üçün əlçatmaz olan ulduz idmançılar da hamının keçirdiyi hissləri yaşayırlar. Sevinirlər, kədərlənirlər və hətta zarafat da edirlər. Düzdür, hərdən bu zarafatların bəzisi uğurlu alınmır. Nəticədə qalmaqal baş verir, inciklik yaranır. Ən əsası, mətbuat bu zarafatları ictimailəşdirincə, inanılmaz ajiotaj yaranır.

Publika.az dünyanın məşhur tennis ulduzlarının böyük ajiotaja səbəb olan zarafatlarından bir neçəsini təqdim edir.

Endi Marrey və İngiltərə

2006-cı ildə məşhur şotland tennisçi Endi Marreyin mətbuata dediyi zaraftyana sözlərdən sonra başı çox ağrıdı. Müsahibə zamanı jurnalist ona “futbol üzrə dünya çempionatında hansı komandaya azarkeşlik edəcəksən” sualını verdi. Tennisçi jurnalistin sətiraltı işlətdiyi “Şotlandiya orda olmayacaq” atmacasına belə cavab verdi: “İngiltərəyə qarşı oynayan bütün komandalara azarkeşlik edəcəm”.

Endi bu sözləri deyərkən hansı təzyiqlə üzləşəcəyini təsəvvür belə etmirdi:

“Onda mənim 19 yaşım vardı. Amma mənə qarğış dolu saysız-hesabsız məktublar göndərirdilər. Məktublarda “ümid edirəm ki, sən bir də heç vaxt qalib gəlməyəcəksən” yazılırdı. Hətta “Uimbldon” turnirinin gedişində də insanlar mənə bunu deyirdilər. Məhz bu hadisədən sonra belə bir deyim formalaşdı: “Marrey nə vaxt qalib gəlirsə, britaniyalıdır, uduzursa, şotlanddır”.

Təbii, Endi dediklərinin zarafat olduğu barədə açıqlam vermək məcburiyyətində qaldı. Ancaq bu da vəziyyəti düzəltmədi.

Mariya Şarapova və parik

2012-ci ildə rusiyalı tennisçi sosial şəbəkədə özünün yeni şəklini yerləşdirdi. Şəkildə o yeni imicdə - qısa saçda idi. Bir gün ərzində pərəstişkarları şəkilə 8 min şərh yazdılar, 30 min “layk” gəldi.

Şarapova bunun sadəcə parik olduğunu, fotosessiya zamanı müxtəlif eksperimentləri sınadığını yazınca... Pərəstişkarların təzyiqi o qədər güclü oldu ki, Şarapova məktubların çoxluğundan elektron poçtunun dağılacağını güman etdi.

Ernest Qulbis və kart

Otən il latviyalı tennisçi “Rolan Qarros” turnirinin yarımfinalına çıxdı. Turnir başa çatan kimi onun kart oyununda 400 min avro uduzduğu barədə məlumat yayıldı. Amma sonradan məlum oldu ki, belə məlumatın yayılmasında elə tennisçinin özü günahkar olub:

“Tam cəfəngiyyatdır. Mən BBC ilə zarafat edirdim. Amma bu zarafatdan tarix düzəltdilər. Nəticədə hətta anam da zəng edib, bu barədə soruşdu. Mən isə ona “qulaq as, bəlkə də mən zəvzəyəm, amma axmaq deyiləm” dedim.

Karolina Voznyatski və Rafael Nadal

Dünya tennisinin eks-birincisi ən uğursuz zarafat nominasiyasına iddia edə bilər. O, cazibədardır, əla tennisçidir. Amma zarafat onluq deyil. Bu xanımın yumor hissi yoxdur. Buna nümunə kimi Karolinanın Rafael Nadalla bağlı etdiyi zarafatı misal göstərmək olar. 2011-ci ildə Nadal mətbuat konfransı keçirərkən ayaq əzələsində sudurğa baş verdi. Bunun ucbatından tennisçi hətta stolun altına da yıxıldı. Növbəti gün mətbuat konfransı keçirən Karolina Nadalı parodiya etmək istədi. Amma onun bu zarafatı böyük təpki ilə qarşılandı. Xanım tennisçi “tvitter”də hərəkətinə aydınlıq gətirməli oldu:

“Mətbuat konfransından əvvəl əylənmək istədim. Ümid edirəm ki, heç kəs incimədi. Rafeyə böyük hörmət bəsləyirəm, heyranlıq duyuram”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm