İdman
14 ildən sonra qayıtdı, azarkeşlər alqışladı, ağladı
Dünyanın bir nömrəli raketka ustası Serena Uilyams 14 illik fasilədən sonra qayıtdığı “İndian-Uelss” turniri ilə bağlı təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, Serena Uilyams bu turnirdə 2001-ci ildən bəri çıxış etmirdi. Həmin vaxt azarkeşlər onu və bacısını fitə basmışdılar. Azarkeşlərin narazılığına Vinusun yarımfinalda Serenaya qarşı oynamaqdan imtina etməsi səbəb olmuşdu. Kiçik Uilyams turnirdə qələbə qazanmışdı və bir daha bu yarışa qatılmayacağını bildirmişdi.
Dünən 14 illik fasilədən sonra Serena bu turnirdə ilk qarşılaşmasını keçirib və rumın Monika Nikuleskiyə qalib gəlib - 7:5, 7:5. Qarşılaşmadan sonra məşhur tennisçi təəssüratlarını bölüşüb:
Özümü çox gözəl hiss edirəm. Bütün əsəbiliyim itkin düşüb. “İndian-Uelss”ə bir neçə həftə, hətta bir neçə saat qalmış çox əsəbiləşirdim. Amma indi şadam ki, bunu bacardım. Şübhəsiz, bu, karyeramda ən vacib məqamlardan, qürur üçün ən böyük səbəblərdən biridir.
Tamaşaçılar məni alqışlayarkən ağladım. Həmin an kortda olmaq mənə inanılmaz dərəcədə xoş idi. Yox, mən bilirdim ki, burda oynamaq istəyirəm, amma həmin ana qədər bu qərarın düzgün olub-olmadığını bilmirdim. Amma həmin anda başa düşdüm ki, düzgün qərar vermişəm”.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL