Çempionlar Liqası: "Barselona" və PSJ qalib gəldi
Bizi izləyin

İdman

Çempionlar Liqası: "Barselona" və PSJ qalib gəldi

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Fransa çempionu PSJ klubu Almaniyada Leverkuzen "Bayer"inin qonağı olub. PSJ Almaniyada özünü qonaq kimi aparmayıb, rəqibinə 4-0 hesabı ilə divan tutub.

Günün maraq doğuran oyunlarından biri Mançesterdə baş tutub. Belə ki, "Mançester Siti" "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Lionel Messili "Barsa" "şəhərlilər"ə səviyyəsini göstərib.

18 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2

Qollar: Messi, 54-pen. (0:1), Alveş, 89 (0:2)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa) - 0:4

Qollar: Matudi, 3 (0:1), İbrahimoviç, 39-pen. (0:2), 42 (0:3), Kabaye, 88 (0:4)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm