Argentina futbolunda bədbəxt hadisə
Bizi izləyin

İdman

Argentina futbolunda bədbəxt hadisə

Argentina çempionatında keçirilən “San-Lorenso” - “Urakan” oyununda bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, “San-Lorenso”nun azarkeşi tribunadan yıxılaraq ölüb. 24 yaşlı azarkeş 50 metr hündürlükdəki tribunadan yıxılıb. O, dörd yaşlı uşaqla hərəkət edən digər azarkeşin üstünə yıxılıb.

Tribunadan yıxılan azarkeş aldığı zədələr nəticəsində dünyasını dəyişib. Onun üstünə düşdüyü digər azarkeş xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə zamanı azyaşlı uşaq heç bir xəsarət almayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm