Çexiyadan “qızıl” və “gümüş”, Latviya və İspaniyadan iki “bürünc”
Bizi izləyin

İdman

Çexiyadan “qızıl” və “gümüş”, Latviya və İspaniyadan iki “bürünc”

14-16 mart tarixlərində Çexiyanın Zlin şəhərində Azərbaycan gimnastlarının da yer aldığı beynəlxalq turnir keçirilib.

Publika.az xəbər verir ki, fərdi çıxışına görə Vladimir Dolmatov “gümüş” medal qazanıb, qarışıq cütlüyümüz isə (Dolmatova – Koltunova) iki cütlük arasında 1-ci yeri əldə edib. Anastasiya Koltunova da həmçinin, fərdi çıxışlarına görə finala çıxmağa müvəffəq olub, lakin 10-cu yerlə kifayətlənib.

Ölkəmizi bu yarışda yeniyetmə gimnastlar – Fəridə Ağayeva və Xədicə Quliyeva da təmsil edirdi. Onlar fərdi çıxışlarına görə müvafiq olaraq, 14-cü və 35-ci yerdə (38 yerdən) qərarlaşıblar.

Bu həftəsonu Latviya və İspaniyada da bədii gimnastika üzrə beynəlxalq turnirlər yekunlaşıb.

Riqada ənənəvi olaraq hər il keçirilən “Baltic hoop” yarışı, Gülsüm Şəfizadənin çoxnövçülükdə əldə etdiyi bürünc medalla yadda qalıb. Birinciliyi Belarusdan olan gimnast Melitina Stanuta, “gümüş” medalı isə Rusiyadan olan gimnast İrina Annenkova əldə edib.

Digər gimnastımız Zeynep Çelep çoxnövçülükdə və halqa ilə 8-ci yerdə qərarlaşıb. Yeniyetmələrdən ibarət qrup komandası 5 topla çıxışlarına görə 4-cü olub.

Eyni zamanda cənubda, İspaniyanın Barselona şəhərində Azərbaycan gimnastı Marina Durunda beynəlxalq turnirdə iştirak edirdi və o, gürzlərlə çıxışlarına görə 3-cü yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm