Hökumət məşhur futbolçunu “sındırdı”
Bizi izləyin

İdman

Hökumət məşhur futbolçunu “sındırdı”

Fransa Liqa 1-də səfərdə “Bordo”ya məğlub olaraq (2:3) vacib üç xal itirən PSJ-nin hücumçusu Zlatan İbrahimoviç matçdan sonra “Fransa PSJ kimi komandaya layiq deyil” demişdi.

Publika.az xəbər verir ki, İbranın bu cümləsi Fransada böyük ajiotaja səbəb olub. Hətta Fransanın idman naziri Patrik Kan şəxsi “tvitter” hesabından İbrahimoviçin dediyi sözə görə üzr istəməli olduğunu yazmışdı.

Bu açıqlamalardan sonra Zlatan susqunluğunu pozub. O, səhv başa düşüldüyünü deyib:

“Dediyim sözlər nə Fransaya, nə də fransızlara ünvanlanmamışdı. Mən Fransa deyəndə yalnız futbolu nəzərdə tuturdum. Buna da haqlı səbəbim var. Düzdür, insan məğlubiyyəti həzm etməyi bacarmalıdır. Ancaq bu məğlubiyyət hakim səhvlərindən yaranırsa, buna dözmək çətin olur. Oyundan sonra çox əsəbi idim. Həmin vaxt dediyim sözlər kiməsə pis təsir edibsə, üzr istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm