“Roma”nın seriyası qırıldı, “Milan” batır - VİDEO
Bizi izləyin

İdman

“Roma”nın seriyası qırıldı, “Milan” batır - VİDEO

İtaliya A seriyasında 27-ci tura dünən keçirilən 3 oyunla yekun vurulub.

Publika.az xəbər verir ki, qeydə alınan nəticələr skudetto uğrunda mübarizənin bitdiyini bir daha sübut edib. Lider “Yuventus”un ən yaxın izləyicisi “Roma” doğma divarlar arasında “Sampdoriya”ya məğlub olub.

Paytaxt təmsilçisi ardıcıl 4 heç-heçədən sonra bu seriyanı istəmədiyi şəkildə dayandırıb. Bütün oyunu üstün keçirən romalılar ani arxayınlıq üzündən uduzub.

Cari mövsümün fiaskosu adına namizəd “Milan” da heç kimi təəccübləndirməyib. “Fiorentina”ya məğlub olan “Rossonyerlər” köklü dəyişikliklərin astanasındadır. Amma adətən batan gəmini axırda kapitan tərk edir. Burada isə birinci baş məşqçi Filippo İnzagi gedəcək. Artıq onu heç nə xilas edə bilməz.

A seriyası, 27-ci tur

Fiorentina - Milan 2:1

Rodriqes, 83. Xoakin, 89 - Destro, 56.

Torino - Latsio 0:2

Felipe Anderson, 71; 78.

Roma - Sampdoriya 0:2

De Silvestri, 60. Muriel, 78.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm