“Mançester Siti” yerli oyunçu ala bilmir?
Bizi izləyin

İdman

“Mançester Siti” yerli oyunçu ala bilmir?

“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini heyətdə ingilis oyunçuların azlığıyla bağlı səsləndirilən tənqidlərə cavab verib.

Publika.az xəbər verir ki, çilili mütəxəssis ingilis oyunçuların həddindən artıq bahalı olmasından gileylənib. Pelleqrini bu barədə “Daily Mail”ə açıqlama verib:

“Komandada yerli oyunçuların olması təbii ki, önəmlidir. Amma onları transfer edə bilirikmi? Luk Şou 49 milyon avroya başa gəldi. O mövqe üçün əlimizdə Klişi və Kolarov varkən bu pulu xərcləməyi doğru görmürəm. Rahim Sterlinqi almaq istəyirsinizsə, "Liverpul"a 139 milyon avro ödəmək məcburiyyətindəsiniz. David Silvanın yerinə məsələn, kimi ala bilərəm? Sadəcə Runini, başqa?

Pelleqrini Ceyms Milnerlə bağlı ağızdolusu danışıb:

“Onun qədər verilən hər işi yerinə yetirən futbolçu görmürəm. Hər mövqedə oynaya bilir. Bu mövsüm hücumçu kimi də oynayıb və üç qol vurub. Onun kimi bir oyunçu tapmaq çox çətindir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm