Kiminə bədbəxtlik, kiminə xoşbəxtlik gətirən “lotereya” - VİDEO
Bizi izləyin

İdman

Kiminə bədbəxtlik, kiminə xoşbəxtlik gətirən “lotereya” - VİDEO

Çempionlar Liqasında həyəcanlı 1/8 final oyunları davam edir. Daha iki qalibin adı dramatik qarşılaşmalardan sonra məlum oldu.

Publika.az xəbər verir ki, dünən "Monako" və "Atletiko" növbəti mərhələyə vəsiqə qazandılar.

"Monako" - "Arsenal" matçında birinci oyundan sonra (3:1) fransızların böyük üstünlüyü var idi. Belə ki, ilk oyunda səfərdə 3:1 hesabıyla qalib gələn "Knyazlıq klubu" bu matça daha rahat çıxmışdı. Ancaq "Arsenal"ın cavab qarşılaşmasında bütün gücünü səfərbər edəcəyi gözlənilən idi. "Topçular" bunu öz oyunuyla sübuta yetirdi. Sona qədər mübarizə aparan londonlular iki qol vurmağa nail olsa da, bundan artığına gücü çatmadı. Arsen Vengerin yetirmələrini 1/4 finaldan bir qol kənarda qoydu.

Digər oyunda gərginlik daha çox idi. Belə ki, "Monako" - "Arsenal" qarşılaşmasından fərqli olaraq, "Atletiko" - "Bayer" matçında ilk oyundan sonra aşkar üstünlük qazanan yox idi. Almanlar Leverkuzendəki oyunda "Hindular"ı minimal hesabla məğlub etmişdi - 1:0. Təkrar oyun eyni hesabla bu dəfə madridlilərin xeyrinə bitdi. Əlavə vaxtda da qol vurulmayınca 1/4 finalın iştirakçısını müəyyənləşdirmək üçün penaltilərə müraciət edildi. “Lotereya” bu dəfə "Atletiko"nu xoşbəxt etdi.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

Atletiko (İspaniya) – Bayer (Almaniya) 1:0, p - 3:2 (ilk oyun - 0:1)

Suares, 27.

Atletiko: Moyya (Oblak, 23), Xuanfran, Ximenes, Miranda, Qames, Arda Turan, Koke, Qrizmann, Suares, Kani (Qarsiya, 46), Mancukiç (Torres, 83).

Bayer: Leno, Spahiç, Toprak, Hilbert, Vendell, Bender (Papadopulos, 104), Kastro, Çalhanoğlu, Bellarabi, Son Xın Min (Rolfes, 77), Drmiç (Kisslinq, 69).

Monako (Fransa) – Arsenal (İngiltərə) 0:2 (3:1)

Jiru, 36. Remsi, 79.

Monako: Subaşiç, Ture, Uolles, Abdennur, Kurzava, Dirar (Elderson, 86), Tulalan, Kondoqbiya, Martial (Ferreyra Karrasko, 60), Moutinyo, Berbatov (Bernardu Silva, 70).

Arsenal: Ospina, Belerin, Mertesaker, Koselni, Monreal (Qibbs, 83), Koklen (Remsi, 63), Kasorla, Sançes, Özil, Uelbek (Uolkott, 72), Jiru.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm