UEFA “Qarabağ”ı “yola verdiyini” təsdiqlədi
Bizi izləyin

İdman

UEFA “Qarabağ”ı “yola verdiyini” təsdiqlədi

Avropa Liqasının cari mövsümündə son qrup oyununda "Qarabağ" və "İnter" komandaları arasında keçirilmiş oyunun yan xətt hakimi Ondrjey Pelikan UEFA-dan növbəti təyinat alıb.

Publika.az xəbər verir ki, UEFA Hakimlər Komitəsi Pelikanı 17 - 30 iyunda Çexiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının hakimləri siyahısına daxil edib. O, qitə birinciliyinin oyunlarında ehtiyat hakim funksiyalarını yerinə yetirəcək 2 yerli hakimdən biri olacaq.

Qeyd edək ki, 2014-cü il dekabrın 11-də "Qarabağ" - "İnter" matçının 90+4-cü dəqiqəsində Riçard Almeydanın vurduğu qol məhz Ondrjey Pelikanın işarəsindən sonra sayılmayıb. Pelikan həmin vaxt ofsayd olduğunu bildirib. Nəticədə, baş hakim Miroslav Zelinka qolu ləğv edib və oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. "Qarabağ"ın şikayətindən sonra hakimlər briqadasının cəzalandırılacağı gözlənilirdi. Amma görünür, UEFA bizi yola verirmiş...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm