1/8 final mərhələsinin son iki oyunu - FOTO
Bizi izləyin

İdman

1/8 final mərhələsinin son iki oyunu - FOTO

Martın 19-da UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin sonuncu iki cavab qarşılaşması oynanılıb.

“Nou Kamp” stadionunda İngiltərənin “Mançester Siti” komandasını qəbul edən İspaniyanın “Barselona” kollektivi 1:0 hesabı ilə qələbə qazanıb. İspan klubunun heyətində görüşün 31-ci dəqiqəsində İvan Rakitiç fərqlənib. Oyunun 88-ci dəqiqəsində “Barselona”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilsə də, qapıçı Mark-Andre ter Ştegen “Mançester Siti”nin futbolçusu Sergio Agueronun fərqlənməsinə imkan verməyib. İlk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən barselonalılar 1/4 final mərhələsinə vəsiqəni təmin ediblər.

Almaniyanın “Borrusiya” (Dortmund) komandası isə doğma meydanda İtaliyanın “Yuventus” klubuna 0:3 hesabı ilə məğlub olub. Qarşılaşmanın 3-cü və 79-cu dəqiqələrində Karlos Tevez, 70-ci dəqiqəsində Alvaro Morata rəqib qapısına yol tapıblar. “Yuventus” doğma meydanda rəqib “Borussiya”nı 2:1 hesabı ilə məğlub etmişdi. Hər iki oyunun nəticəsinə görə 5:1 hesabı ilə qalib gələn “Yuventus” çətinlik çəkmədən növbəti mərhələyə çıxa bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm