4 qat dünya, 11 qat Avropa çempionu: “İnşallah, Azərbaycanı layiqli şəkildə təmsil edərik”
Bizi izləyin

İdman

4 qat dünya, 11 qat Avropa çempionu: “İnşallah, Azərbaycanı layiqli şəkildə təmsil edərik”

Bu gün İstanbulda 50-ci Avropa çempionatına start veriləcək. Martın 22-nə kimi davam edəcək yarışda karate üzrə milli komandamız da mübarizə aparacaq. Həmişəki kimi, idmançılarımıza ümid böyükdür.

Qitə yarışında ölkəmizi təmsil edəcək karateçilərdən biri olan tanınmış idmançı, 4 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev Publika.az-a açıqlamasında yarışlara yaxşı hazırlaşdıqlarını dedi:

“Hər şey normaldır. Bura gəldiyimiz vaxtdan çəki saxlayarıq. Yarışa çıxacağımız anı gözləyirik. Ölkəmizə medalla qayıtmaq üçün əlimdən gələni edəcəm. İnşallah, ölkəmizi layiqli şəkildə təmsil edərik, istənilən nailiyyəti qazanarıq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm