AFFA-dan “Bakı”ya 21100 manat cərimə
Bizi izləyin

İdman

AFFA-dan “Bakı”ya 21100 manat cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, ən çox cəza "Bakı"ya göstərilib. Klub həm əsas, həm də əvəzedici komandasına görə 21100 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL - "Neftçi" matçında "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Kubokun "Simurq" - "Qəbələ" matçında isə "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Premyer Liqanın 26-cı turunun "Bakı" - "Simurq" matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun fasiləsi zamanı "Bakı"nın məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulub, klub 20000 manat cərimələnib.

Əvəzedicilərin çempionatının "İnter" - "Qəbələ" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. "Bakı" - "Simurq" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində "Bakı"nın futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

Birinci divizionun 19-cu turunun "Neftçala" - "Ağsu" matçında qonaqların 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

"Şahdağ" - "Kəpəz" matçında isə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

"Rəvan" - "Bakılı" matçının 78-ci dəqiqəsində "Bakılı"nın futbolçusu Nahid Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

"Turan-Tovuz" - "Şəmkir" matçında tovuzluların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində "Şəmkir"in futbolçusu Orxan Müzəffərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib. Oyun başa çatdıqdan sonra "Şəmkir"in həkimi Abdulla Sadıqov geniş kütlə qarşısında hakimlər briqadasını təhqir etdiyinə görə 10 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm