İdman
Reynaldodan yubiley qolu, “İnter”in qırılan seriyası
Azərbaycan Premyer Liqasının son turu bir sıra maraqlı məqamlarla əlamətdar olub.
Publika.az xəbər verir ki, “İnter”in məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Çempionatda ardıcıl 18 qarşılaşmada xalsız qalmayan paytaxt təmsilçisi 26-cı turun “Qəbələ” ilə ev matçında meydanı məğlub tərk edib – 1:2. Sonuncu dəfə 4-cü turda “Xəzər Lənkəran”la görüşdə uduzan (0:1) Kaxaber Tsxadadzenin yetirmələri həmin oyundan sonra heç kimə 3 xal verməmişdi. “İnter” 2014-cü il avqustun 29-da aldığı məğlubiyyətdən 201 gün sonra meydanı üzgün tərk edib.
Paytaxt təmsilçisi mövsümdə ilk dəfə öz meydanında xalsız qalıb. Əvvəlki 11 oyunda uduzmayan bakılılar sonuncu dəfə ötən mövsüm – 2014-cü il martın 16-da öz meydanında məğlubiyyətə üzülmüşdü. 367 gün əvvəl “Qarabağ”dan 3 cavabsız qol buraxan “İnter” son 16 ev oyununda 12 qələbə qazanıb, 4 heç-heçə edib.
26-cı turda 2014/15 mövsümünün 250-ci qolu vurulub. Yubiley qolu “Sumqayıt” – “Qarabağ” matçına təsadüf edib. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi matçda bərabərlik qoluna imza atan Reynaldo cari çempionatın 250-ci topunun müəllifi olub. Dubla imza atan braziliyalının ilk qolundan sonra turda daha 5 qol vurulub. Beləliklə, 26 tur ərzində keçirilən 103 oyunda vurulan qol sayı 255-ə çatıb. Mövsümün orta məhsuldarlığı 2,48-ə bərabərdir.
Qeyd edək ki, Premyer Liqada 2014/15 mövsümünün ilk qolunu Rauf Əliyev vurub. O, “Xəzər Lənkəran”ın heyətində 1-ci turun AZAL-la səfər oyununda fərqlənib.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...