"Qəbələ" "Feyenoord"la qarşılaşacaq
Bizi izləyin

İdman

"Qəbələ" "Feyenoord"la qarşılaşacaq

"Qəbələ"nin 14 yaşlılardan ibarət komandası Hollandiyaya səfər edəcək.

Martın 23-dən başlayaraq 30-dək davam edəcək səfərlə bağlı planlar genişdi. Belə ki, Xaqani Məmmədovun başçılıq etdiyi komanda Hollandiyada həm hazırlıq kecəcək, həm də yerli komandalarla qüvvəsini sınayacaq.

Səfərin əsas məqsədi isə "Tekstel Cup" adlanan və əsasən Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış etməkdi. Yarış Hollandiyanın şimalında yerləşən Teksten adasında keçirildiyindən, turnirin adı burdan götürülüb.

Səkkiz komandanın mübarizə aparacağı və iki gün davam edəcək yarışda "Qəbələ"nin yeniyetmələri "Feyenoord", "Alkmaar", "Qroningen" klublarından olan yaşıdları ilə qarşılaşacaqlar.

"Qəbələ" futbolçuları turnirdən əvvəl Hollandiyanın böyük və tanınmış şəhərlərindən olan Rotterdamda bir yoldaşlıq oyunu keçirəcəklər. Xaqani Məmmədovun komandası "Feyenoord"un müvafiq yaş qrupundan olan kollektiviylə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm