Avropa Oyunlarına onlayn bilet satışı başladı
Bizi izləyin

İdman

Avropa Oyunlarına onlayn bilet satışı başladı

Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış-bağlanış mərasimləri və yarışlara biletlərin onlayn satışı bu gündən başlayıb. "Report"un məlumatına görə, biletləri Avropa Oyunlarının rəsmi saytından (baku2015.com) əldə etmək mümkündür.

Yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır. Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır.

Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması vacibdir.

Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manat təşkil edir.

Qeyd edək ki, köşklərdə biletlərin satışı apreldə başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm