İdman
Bakıda şou - FOTO
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Dənizkənarı Milli Parkda Novruz bayramına həsr olunmuş tədbir və möhtəşəm şou təşkil edib.
Axşam saatlarında təşkil olunan tədbirdə lazer işıq effektləri ilə
Muzey Mərkəzinin üzərində “Bakı-2015”-in loqosu, rəsmi rəmzləri –
ceyran və nar, eləcə də Novruzun rəmzi olan səməni, Oyunlarla bağlı
3D proyeksiyalarla videoinstalizasiya nümayiş olunub. Burada ilk
Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı
görüntülər yer alıb.
Muzey Mərkəzinin yaxınlığında qurulmuş səhnədə Avropa Oyunlarının
100-dən çox könüllüsü “Alov qoruyanlar” flaşmöblarını
göstəriblər.
Tədbirdə birinci Avropa Oyunları barədə məlumat verilib, Oyunlarına
hazırılıqla bağlı video-çarx nümayiş olunub. Bildirilib ki, bu il
iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarında
qitənin 50 ölkəsindən 6 mindən çox atlet iştirak edəcək. Onlar
idmanın 20 növündə qüvvələrini sınayacaqlar.
Eyni zamanda, “Bakı-2015” Avropa Oyunlarına online bilet satışının
başlanması haqqında məlumat verilib.
Həmçinin Dənikənarı Milli Parkda yaradılmış xüsusi güşədə Avropa
Oyunlarına daxil olan idman növləri ilə bağlı müxtəlif müsabiqələr
keçirilib, iştirakçılara hədiyyələr təqdim olunub.
Möhtəşəm şou və müsabiqələr paytaxt sakinləri və qonaqları
tərəfindən maraqla izlənilib.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...