Ukraynalı Bakıda özünə yubiley keçirir
Bizi izləyin

İdman

Ukraynalı Bakıda özünə yubiley keçirir

Bu gün “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk yubiley qeyd edir.

Publika.az-ın xəbərinə görə, bu barədə klub məlumat verilib. Ukraynalı mütəxəssisin 50 yaşı tamam olur. 1965-ci il martın 22-də Ukraynanın İvano-Frankovsk vilayətinin Kolomıyski rayonunun Korniç kəndində anadan olan R.Qriqorçuk ad gününü Azərbaycanda qeyd edir. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən əksər legionerlər vətənlərinə yollansa da, Qriqorçuk yubileyini Bakıda qeyd etməyə üstünlük verib.

Ailəsinin əhatəsində ölkəmizdə 50 yaşını tamamlayan çalışdırıcı ilk dəfə ad gününü Azərbaycanda keçirir.

“Qəbələ” İdman Klubu 50 yaşlı mütəxəssisin doğum gününü təbrik edib, ona mənalı həyat, can sağlığı və karyerasında uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm