İdman
"Qəbələ” Hollandiyaya səfərə yollanır
"Qəbələ"nin 14 yaşlılardan ibarət komandası Hollandiyaya səfərə yollanır.
Publika.az klubun rəsmi saytına istinadən məlumatına görə,
martın 23-dən başlayaraq 30-dək davam edəcək səfərlə bağlı planlar
genişdir.
Xaqani Məmmədovun başçılıq etdiyi kollektiv “Zanbaqlar ölkəsi”ndə
həm hazırlıq kecəcək, həm də yerli komandalarla qüvvəsini sınamaqla
təcrübə toplayacaq.
Səfərin əsas məqsədi isə “Tekstel Cup” adlanan və əsasən,
Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi
turnirdə çıxış etməkdir. Səkkiz komandanın mübarizə aparacağı və 2
gün davam edəcək yarışda “Qəbələ”li futbolçular Hollandiyanın
məşhur “Feyenoord”, “Alkmaar”, “Qroningen” klublarından olan
yaşıdları ilə qarşılaşacaqlar. Turnir Hollandiyada 14 yaşlılar
arasında keçirilən çempionatda yaranmış fasiləyə təsadüf
etdiyindən, məqsəd də futbolçularda oyun praktikasını
artırmaqdır.
Lakin “Qəbələ” futbolçuları turnirdən əvvəl Hollandiyanın ən böyük
və tanınmış şəhərlərindən olan Rotterdamda bir yoldaşlıq oyunu
keçirəcəklər. Xaqani Məmmədov və komandası “Feyenoord”- un müvafiq
yaş qrupundan olan kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının hollandiyalı
direktoru Stenli Brard da komanda ilə birgə səfər edəcək.
Əlavə edək ki, “Qəbələ” Futbol Akademiyasının daha 3 komandasının
aprel ayında xarici ölkələrə səfərləri gözlənilir. “Qəbələ” U-12
komandası Türkiyədə keçiriləcək “U-12 İzmir Kuboku”nda, 13 yaşlılar
ənənəvi “VI Manavqat” turnirində, U-17 komandası isə İtaliyada
keçiriləcək Borqaro turnirində çıxış edəcəkdir.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək