İdman
“Olimpiadadan sonra idmandan gedəcəm”
İdmançılarımız Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında uğur qazanmaq üçün hazırlıqlara başlayıblar. Cüdoçu Kifayət Qasımova da təlim-məşq toplanışlarında iştirak edir.
Publika.Az-a açıqlama verən xanım idmançı Avropa Olimpiya oyunlarında məqsədinin qızıl medal qazanmaq olduğunu bildirdi:
“Bir müddətdir ara verdiyim cüdoya Avropa Olimpiya oyunlarına qatılmaq üçün qayıtmışam. Davamlı məşqlər edirik. İlk Avropa Olimpiya oyunlarında medal qazanmağı düşünürük. İnşallah, ümidləri doğruldarıq.
Bir neçə ay öncə keçirilən Qran-Pridə qızıl medal qazandım. Düzdür, yenidən bərpa üçün çox məşq etmək lazım idi. Lakin çəkimdə artım olmamışdı, sadəcə, bir az formadan düşmüşdüm. Amma indi formadayam, hər şey qaydasındadır”.
Xanım idmançı 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay
Olimpiadasına qatılıb-qatılmayacağı barədə də məlumat
verdi:
“Avropa Olimpiya Oyunlarından 1 il sonra Rio-de-Joneyroda Yay Olimpiadası başlayır. Buna görə Rio-de- Joneyrada da güləşməyi düşünürəm. Olimpiadadan sonra idmandan gedəcəm”.
Aygün İlqarqızı
-
Nida Xəbər 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO