İdman
Birinci divizionda baş məşqçiləri cəzalandırdılar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda birinci divizionun 20-cu turunda baş vermiş qayda pozuntularına qiymət verilib.
Birinci divizionun 20-ci turunun "Şuşa Qarabağ" - "Şəmkir" matçının 89-cu dəqiqəsində "Şuşa Qarabağ"ın məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Həmin oyunun 89-cu dəqiqəsində "Şuşa Qarabağ"ın baş məşqçisi Nadir Qasımov da texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klubu 100 manat cərimələnib.
Matç başa çatdıqdan sonra ev sahiblərinin baş məşqçisi Nadir Qasımov geniş kütlə qarşısında hakimlər briqadasını təhqir etdiyinə görə 10 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Bu hal ikinci dəfə təkrar olunduğuna görə onun paltardəyişmə otağında və ehtiyat oyunçular skamyasında olmasına qadağa qoyulub.
Turun "Neftçala" - "Göyəzən" oyununun 72-ci dəqiqəsində qonaqların futbolçusu Babək Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb. Klubu futbolçuya görə 20 manat xərcə düşüb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?