Azərbaycan - Malta oyununu türklər idarə edəcək
Bizi izləyin

İdman

Azərbaycan - Malta oyununu türklər idarə edəcək

Avro-2016-nın seçmə mərhələsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib.


Publika az. Trend- ə istinadla bildirir ki, oyunun baş hakimi Halis Özkahya, onun köməkçiləri Cem Satman, Ekrem Kan, dördüncü hakim isə Kemal Yılmaz olacaq.

Əlavə hakim köməkçiləri Mete Kalkavan, Tolqa Özkalfa təyin olunub.

Hakimlər briqadası Türkiyədəndir.

Hakim-inspektor Covanni Boloqnino (İtaliya), UEFA nümayəndəsi isə Darius Pavel Dziekanovski (Polşa) olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm