İki yaşlı qız rekordu yenilədi
Bizi izləyin

İdman

İki yaşlı qız rekordu yenilədi

İki yaşlı hindistanlı qız oxçuluq üzrə yeni milli rekorda imza atıb.

Publika.az-ın məlumatına görə, cənub ştatı Andra Pradeşdəki Vijayavada şəhərindən olan iki yaşlı Dolli Şivani Çerukuri yarışda 200-dən çox xal toplayan ən gənc hindistanlı olub.

O, beş metrlik məsafədən 36 oxu hədəfə vurub, sonra yenidən yeddi metrik məsafədə hədəfi düzgün nişan alaraq ümumilikdə 388 xal toplayıb.

Onun nailiyyətini idman mütəxəssisləri və Hindistan Rekordlar Kitabının rəsmiləri izləyib.

Dolli qardaşı, beynəlxalq oxçu və məşqçi Çerukuri Leninin 2010-cu ildə baş vermiş yol qəzası zamanı həlak olmasının ardından surroqat vasitə ilə dünyaya gəlib.

Atası Çerukuri Satyanarayana bildirib ki, o, çempion olmaq üçün doğulandan bəri təlim keçib.

"Biz uşağın dünyaya gələcəyindən xəbər tutanda qərara gəldik ki, onu oxçu kimi formalaşdıraq. Hazırlıqlar uşaq hələ ana bətnində olarkən başlayıb", - Satyanarayan bildirib.

O qeyd edib ki, onların xüsusi ilə körpələr üçün hazırlanmış oxları olub. Oxlar uşağn idmanı öyrənərkən saxlaya bilməsi üçün kifayət qədər yüngül olub.

Hindistan Rekordlar Kitabı körpənin qızıl medal və sertifikatla şəkillərini dərc edib.

"Qızımız xəyal etdiyimiz qəhrəmanlıq göstərib... Mən ailəmin necə xoşbəxt olduğunu sözlərlə ifadə edə bilmərəm", - Satyanarayana vurğulayıb.

O, Dollinin adının Guinnessin Rekordlar Kitabına daxil edilməsinə çalışacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm