Prosineçki söz verdi
Bizi izləyin

İdman

Prosineçki söz verdi

"Malta ilə oyun məndə güclü təəssürat oyadacaq. Şikayətlənə bilmərəm. Futbolçuları tanıyıram və onların potensialını bilirəm".

Bunu milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

UEFA-nın rəsmi saytına açıqlama verən xorvat mütəxəssis Malta ilə oyunla bağlı danışıb:

"Oyunçularımdan razıyam. Komandanın hər bir üzvü özünü sübut etməyə çalışmalı, meydanda mübarizə aparmalıdı. Futbolçular topu saxlamalı və ötürmə verməyi bacarmalıdı. Komandada qələbə ruhu yaratmaq istəyirik. Bəli, tamamilə hücuma atılmayacağıq, ancaq möhtəşəm oyun sərgiləməyə çalışacağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm