İdman
Azərbaycan - Malta: 2:0 - VİDEO (YENİLƏNİB)
Bu gün “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda
Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.
Publika.az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik
etdiyi millimiz doğma meydanda Malta ilə qarşılaşıb. Qeyd edək ki,
bu oyun xorvatiyalı mütəxəssis üçün millimizdə ilk rəsmi oyun
idi.
Turnir cədvəlinin sonunca pilləsində qərarlaşan komandamız seçmə
mərhələdə keçirdiyi dörd qarşılaşmada xala həsrət qalıb. Millimiz
qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanıb.
Cavid Hüseynov qarşılaşmanın 4-cü dəqiqəsində Azərbaycan millisi
önə çıxarıb. Oyunun artırılma dəqiqələrində Dmitriy Nazarov baxımlı
qol vurmaqla hesabı 2:0-a çatdırıb.
Qələbə sayəsində yığmamız sonuncu pillədən qurtula bilib.
Azərbaycan – Malta - 2:0
Qollar: Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev,
6. 17. Vüqar Nadirov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov,
17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22,
Əfran İsmayılov, 20. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3.
Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 8. Eddi
İsrafilov, 9. Məhəmməd Qurbanov, 10. Elvin Məmmədov, 11. Ruslan
Qurbanov, 13. Dmitri Nazarov, 15. Ruslan Abışov, 18. Coşqun
Diniyev.
Baş məşqçi: Robert Prosineçki.
Malta: 1. Endryu Hoqq, 2. Conatan Karuana, 3. Stiv Bezzina, 4. Stiv
Borq, 5. Andre Agius, 8. Roderik Briffa (k), 11. Rouen Muskat, 13.
Andre Şembri, 16. Pol Fenek, 17. Rayan Kamilleri, 19. Alfred
Effionq.
Ehtiyat oyunçular: 23. Henri Bonelyo, 12. Yustin Haber, 6. Rayan
Fenek, 7. Mark Şkerri, 9. Jan Pol Farruqia, 10. Endryu Kohen, 14.
Konor Borq, 15. Yurgen Pisani, 18. Byorn Kristensen, 20. Stiv
Pisani, 21. Rayan Kamenzuli, 22. Zak Muskat.
Baş məşqçi: Pietro Qedin.
Hakimlər: Halis Özkahya, Cem Satman, Ekrem Kan, Kemal Yılmaz
(Türkiyə).
Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa
(Türkiyə).
Hakim-inspektor: Covanni Boloqnino (İtaliya).
UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ