İdman
Prosineçki: “Qələbədən narazı qaldım”
Robert Prosineçki “Avro-2016”nın seçmə mərhələsində
Malta üzərində qələbədən sonra jurnalistlərin suallarını
cavablandırıb.
- Oyun haqda nə deyə bilərdiniz?
- Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan
yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına
qadirdir.
- Komandamız hesabı açandan sonra hücumun kəsəri azaldı.
Niyə Məhəmməd Qurbanovu oyuna buraxıb onun necə hücumçu olduğunu
Azərbaycan xalqına göstərmədiniz?
- Rəqib beş müdafiəçi ilə oynayır. Mənim öz futbol fəlsəfəm var.
Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməyi
planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım.
- Yığmamız sanki qorxurdu. Bu geri çəkilmənin səbədi nə
idi?
- Sözsüz ki, psixoliji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda
komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli,
səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə
idi ki, millidə rəsmi oyuna çıxdı.
- Razısızmı, bu gün millimizdə ən zəif Arif Daşdəmirovla
Əfran İsmayılov idi?
- Sizinlə razı deyiləm. Bəli, onlar top itkilərinə yol verdilər.
Əfranın böyük potensialı var. Bundan sonra daha yaxşı oyunlarını
görəcəyik. Bu gün klublarında çox oynayan futbolçulara şans verdim.
Ümid edirəm ki, legioner həyatı keçirən futbolçularımız da
klublarında daha çox çıxış edəcək.
- Rahid Əmirquliyev hər zaman dağıdıcı oyunu ilə yadda
qalıb. Bu gün isə onu fərqli ampluada gördük. Onun oyununu necə
qiymətləndirirsiniz?
- Son dörd ayda Rahidin oyunlarını çox izləmişəm. O, stabil
futbolçudur. Həmişə yaxşı oynayır, peşəkar futboçudur. Ondan çox
razıyam.
- Maltanın ikinci hissədə belə gözəl oyun nümayiş etdirməyi
sizi təəssüfləndirmədi ki?
- Bilirdim ki, Malta ilə oyun çətin olacaq. İtaliya bu komandaya
çətinliklə qalib gəldi. Rəqib ikinci hissədə bizdən güclü idi.
Malta istənilən komandaya çətinlik yarada bilər.
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu