Uğurlu debüt, uğursuz zədə - "Qarabağ" futbolçusunu 5 aylıq itirdi
Bizi izləyin

İdman

Uğurlu debüt, uğursuz zədə - "Qarabağ" futbolçusunu 5 aylıq itirdi

"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov 5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Publika.az xəbər verir ki, dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Malta oyununun 22-ci dəqiqədə zədələnərək meydanı vaxtından əvvəl tərk edən 19 yaşlı futbolçu bu gün müayinə olunub. MR müayinəsindən sonra Namiqin zədəsinin ciddi olduğu məlum olub. Futbolçunun ön çarpaz bağları sıradan çıxıb.

Beləliklə, N.Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Futbolçu zədəsi ilə bağlı deyib: "Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma futbolda zədələr qaçılmazdır. İndi əməliyyat lazımdır. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir. Amma edə biləcəyimiz bir şey yoxdur".

Xatırladaq ki, “Qarabağ”ın üzvü Maltaya qarşı oyunda millidə debüt edib və məhsuldar ötürməylə yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm