Türkiyə 153 idmançı ilə gəlir - AVROPA OYUNLARI
Bizi izləyin

İdman

Türkiyə 153 idmançı ilə gəlir - AVROPA OYUNLARI

Türkiyə Bakı-2015 I Avropa Oyunlarına 20 idman növü üzrə ümumilikdə 153 idmançı ilə qatılacaq.

Bu barədə Trend Türkiyə Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsəsən, bakıda keçiriləcək I Avropa Oyunlarında Türkiyədən atletika üzrə 1, atıcılıq 4, basketbol 8, bədii gimnastika 4, boks 13, qılıncoynatma 3, stolüstü tennis 2, sambo 1, üzgücülük 10, veloyarış 6, güləş 24, karate 11, oxatma 2, çimərlik voleybolu 4, triatlion 3, cüdo 2, sinxron su polosu 13, voleybol 24, üzgücülük 12, kanoeda üzrə isə 6 nəfərlə təmsil olunacaq.

Məlumatda o da qeyd olunur ki, Oyunlarda iştirak edəcək idmançılardan 63-ü qadın, 90-ı kişidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm