Abdullayevi bağışlamadılar
Bizi izləyin

İdman

Abdullayevi bağışlamadılar

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, Premyer Liqanın 25-ci turunun AZAL - "Bakı" matçının (2:0) 86-cı dəqiqəsində "Təyyarəçilər"in futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. AFFA İntizam Komitəsi futbolçunu üç oyun cəzalandırmış, klubunu 2000 manat cərimə etmişdi. AZAL rəhbərliyi futbolçu barədə çıxarılmış qərara etiraz etmişdi.

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclasında Rəşad Abdullayev barədə müraciətə baxılıb.

Müzakirələrdən sonra AFFA-nın İntizam Komitəsinin Rəşad Abdullayev barədə çıxardığı 10.03.2015-ci il tarixli qərar qüvvəsində saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm