İdman
Sadıq Sadıqova yeni vəzifə verildi
“Neftçi”nin prezidenti postundan uzaqlaşdırılan Sadıq Sadıqovun yeni vəzifəsi müəyyənləşib.
Publika.az xəbər verir ki, yeni yaradılmış Müşahidə Şurasının
üzvləri sırasında yer alacaq Sadıqov həm də “Neftçi” İdman Klubu
İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri təyin edilib.
Eyni zamanda, Müşahidə Şurasının üzvlərinin haradan seçilmələrinə
də aydınlıq gəlib. Sadıqov, həmçinin Zaur Qəhrəmanov və Cəbrayıl
Məmmədov Müşahidə Şurasına “Neftçi” İdman Klubu İctimai Birliyindən
seçilib. Digər 4 üzv - Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd
Qurbanov və Şuraya rəhbərlik edəcək Çingiz Abdullayev isə burda
“Neftçi” PFK-nı təmsil edəcək.
“Neftçi” klubunda prezident vəzifəsinin ardınca, vitse-prezident
vəzifəsi də ləğv olunub.Bu postu tutmuş Elnur Məmmədov isə yeni
vəzifəyə təyin olunub. O, Müşahidə Şurasının qərarına əsasən,
bundan sonra klubun icraçı-direktoru vəzifəsini icra edəcək.
Məmmədov klubun idarəetmə sistemini həyata keçirəcək.
Müşahidə Şurasının tapşırığına əsasən, icraçı-direktor klubun yeni
strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim
etməlidi. Bundan əlavə, ilk olaraq klubun məhdud məsuliyyətli
cəmiyyətdən açıq səhmdar cəmiyyətinə keçidi və səhmlərin
buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!