Ən sürətli qaçan futbolçular - SİYAHI
Bizi izləyin

İdman

Ən sürətli qaçan futbolçular - SİYAHI

FİFA dünyada topla ən sürətli qaçan futbolçuların siyahısını açıqlayıb.


ANS PRESS-in məlumatına görə, beynəlxalq qurumun apardığı araşdırmaya görə Madrid “Real”ında forma geyinən Qaret Beyl hamıdan sürətlidir. Uels yığma komandasının aparıcı üzvü topla 36,9 km/s sürətlə qaçır.

Meksikanın “Paçuka” klubunda çıxış edən Yurgen Damm 35,23 km/s siyahıda ikinci yeri tutur. Reytinq cədvəlində üçlüyü “Mançester Yunayted”in ekvadorlu üzvü Antonio Valensiya 35,1 km/s qapayır. “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo siyahıda 5-ci pillədə qərarlaşıb.

1. Qaret Beyl (Uels yığması, "Real") - 36,9 km/s
2. Yurgen Damm (Meksika, "Paçuka") - 35,23
3. Antonio Valensiya (Ekvador, "Mançester Yunayted") - 35,1
4. Aаron Lennon (İngiltərə, "Tottenhem") - 33,8
5. Kriştianu Ronaldo (Portuqaliya, "Real") - 33,6
6. Teo Uolkott (İngiltərə, "Arsenal") - 32,7
7. Lionel Messi (Argentina, "Barselona") - 32,5
8. Ueyn Runi (İngiltərə, "Mançester Yunayted") - 31,2
9. Frank Riberi (Fransa, "Bavariya") - 30,7
10. Serxio Ramos (İspaniya, "Real") - 30,6

Oxumağa davam et
Reklam
Reklam

Gündəm