9 pəhləvanımız sınaq qarşısında
Bizi izləyin

İdman

9 pəhləvanımız sınaq qarşısında

Aprelin 4-5-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 33-cü beynəlxalq turnir keçiriləcək. Yarışda yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.

Publika.az xəbər verir ki, turnirdə 9 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu qarşıdan gələn Avropa Oyunlarına hazırlıqları yoxlamaq məqsədilə bu dəfə Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Murad Məmmədov, Elman Muxtarov (hamısı 59 kq), Rüstəm Əliyev (71 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq) və Saman Təhmasibiyə (98 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.

Turnirin proqramına əsasən, aprelin 4-də 59, 71, 80 və 98 kq, aprelin 5-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə hər gün saat 15.00-da, final görüşləri isə 19:00-da başlayacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm