Aprelin 3-ü Bakıya gələcəklər
Bizi izləyin

İdman

Aprelin 3-ü Bakıya gələcəklər

Azərbaycan Premyer Liqasında bu gün 27-ci turun oyunları keçirilsə də, “Qəbələ” istirahət edəcək.

Publika.az xəbər verir ki, əyalət klubu aprelin 5-də meydana çıxacaq. AZAL-ın qonağı olacaq Roman Qriqorçukun yetirmələri aprelin 3-də paytaxta gələcək.

Komandadakı vəziyyət və millinin oyunundan qayıdan futbolçuların durumu ilə bağlı məlumat almaq üçün klubla əlaqə saxladıq. “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev komandada vəziyyətin normal olduğunu, millidən qayıdanların isə zədəli olmadığını dedi:

“Komandada vəziyyət yaxşıdır. AZAL-la oyuna hazırlaşırıq. Aprelin 3-də komanda səhər məşqindən sonra Bakıya gələcək. Millidən gələn futbolçuların da durumu yaxşıdır. Onlar da komanda ilə birgə məşqlərə qatılıblar”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm