“Neftçi”də “yarpaq tökümü” – Daha iki istefa
Bizi izləyin

İdman

“Neftçi”də “yarpaq tökümü” – Daha iki istefa

“Neftçi”də Müşahidə Şurasının formalaşdırılmasından sonra kadr islahatları davam edir.

Publika.az xəbər verir ki, “Neftçi”də prezident postu ləğv olunduğuna görə, Sadıq Sadıqovun müşaviri Elnur Əşrəfoğlu da vəzifəsiz qalıb. Əşrəfoğlu artıq istefa ərizəsi yazıb. Bundan başqa, klubda yüksək vəzifə sayılan, amma Sadıq Sadıqovun oğlu tərəfindən zəbt olunan daha bir post boşalıb. Beynəlxalq Əlaqələr Departamentinin rəisi vəzifəsini tutan İbrahim Sadıqov da istefa ərizəsi yazmağa məcbur edilib.

Bu gün keçiriləcək “Neftçi” - “Bakı” oyunundan sonra daha 4-5 şəxsin istefa ərizəsi yazacağı bildirilir. Elnur Məmmədovun “Neftçi”yə icraçı-direktor təyin edilməsindən sonra Mübariz Xudiyev də vəzifəsiz qalıb. Ümumiyyətlə, “Neftçi”də Sadıq Sadıqova yaxın olan bütün şəxslərin komandadan uzaqlaşdırılacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm