Toğrul Əsgərovun məşqçisi üçün şad gün
Bizi izləyin

İdman

Toğrul Əsgərovun məşqçisi üçün şad gün

Bu gün SSRİ idman ustası Elçin Zeynalovun doğum günüdür.

Publika.az xəbər verir ki, o, hazırda sərbəst güləş idman növü üzrə məşqçi-müəllim vəzifəsində çalışır. Bir çox yetirməsi dünya birinciliyinin, Avropa birinciliyinin və Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlar - Adil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevdir.

O, 1948-ci il aprelin 1-də Gəncə şəhərində anadan olan Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

O həmçinin Olimpiya çempionumuz Toğrul Əsgərovun şəxsi məşqçisidir. Azərbaycan Güləş Federasiyası da məşqçinin doğum gününə laqeyd qalmayıb və təbrikini ünvanlayıb:

“Bu gün Olimpiya çempionumuz Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalovun doğum günüdür. Onun 67 yaşı tamam olur. Bu münasibətlə AGF kollektivi və rəhbərliyi olaraq Elçin müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayır, daha neçə Avropa, Dünya və Olimpiya çempionları yetişdirməsini arzulayırıq”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm