Dünya ulduzları Bakıda mətbuat önünə çıxacaqlar
Bizi izləyin

İdman

Dünya ulduzları Bakıda mətbuat önünə çıxacaqlar

Dünya ulduzları Bakıda mətbuat önünə çıxacaqlar

Azərbaycanda K-1 üzrə Dünya Qran-prisinin final oyunlarının keçiriləcəyi barədə məlumat vermişdik.

Publika.Az xəbər verir ki, fevralın 22-də saat 11:45-də Sərhədçi Olimpiya İdman Kompleksində K-1 üzrə Dünya Qran-Prisinə həsr olunan mətbuat konfransı keçiriləcək.

Tədbirdə K-1-in Azərbaycandakı rəsmi nümayəndəsi Elnur Məmmədov iştirak edəcək.

Həmçinin K-1 brendinin sahibi Mayk Kim, K-1-in məşhur döyüşçüsü “Qızıl oğlan” ləqəbli Badr Hari, K-1 Dünya Qran-Prisinin ikiqat qalibi, tailand boksu üzrə dünya çempionu Buakav Bançamek və Melvin Manfuh iştirak edəcək.

Qeyd edək ki, final döyüşü fevralın 23-də Bakıda, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm