Cazibədar və məşhur skripkaçının Olimpiada yarışlarında nə işi?- FOTOLAR
Bizi izləyin

İdman

Cazibədar və məşhur skripkaçının Olimpiada yarışlarında nə işi?- FOTOLAR

Cazibədar və məşhur skripkaçının Olimpiada yarışlarında nə işi?- FOTOLAR

Məşhur skripkaçı Vanessa Mey Soçi Olimpiadasında dağ xizəksürmə yarışında qüvvəsini sınayıb. O, ilk dəfə iştirak etdiyi yarışda sonuncu yerdə qərarlaşıb.

Publika.Az xəbər verir ki, bununla bağlı məlumat verən Vanessa bildirib ki, yarışda iştirak etdiyi üçün heyvanların mühafizəsinə böyük məbləğdə ianə köçürəcək:

“Bu yarışda ilk çıxışım olduğu üçün sonuncu yerilərdən birini tutacağımı bilirdim. Amma yarışda iştirak etmək üçün əldə etdiyim şansdan yararlandım. Qarşıma məqsəd qoymuşdum ki, seçim turunu keçsəm heyvanların mühafizəsi fonduna böyük məbləğdə pul köçürəcəm.

Bir də olimpiadada iştirak etməyimin əsas məqsədi zamanımı səmərəli keçirmək, qısa müddət ərzində xizəksürmə vərdişimi inkişaf etdirmək idi”.

Qeyd edək ki, məşhur skripkaçı Vanessa Mey Soçi Olimpiadasının dağ xizəksürmə yarışında Tailandı təmsil edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm