İdman
Son 60 ilin əfsanə və rekordları - FOTO
60 il bundan əvvəl - 1955-ci il, aprelin 3-də Avropa
futbol federasiyaları qitənin ən yaxşı klubunun müəyyən ediləcəyi
turnirin yaradılması barədə razılığa gəldilər. Beləcə, 1992-ci
ildən Çempionlar Liqası adlandırılan Çempionlar Kuboku turniri
meydana gəldi.
İndiyədək bu turnirdə qeydə alınan əsas rekordları təqdim
edirik:
1. Turnirin 1/4 final mərhələsinə ardıcıl olaraq ən çox yüksələn
komanda. İspaniyanın "Barselona" klubu cari ildə 1/4 finala vəsiqə
qazanmaqla ardıcıl 8-ci dəfə bu mərhələyə yüksələrək yeni rekordu
müəyyənləşdirdi.
2. Bir mövsüm ərzində ən çox qol vuran oyunçu. "Real"ın
portuqaliyalı forvardı Kriştiano Ronaldo 2013/14 mövsümündə 17
qolla bu rekordun müəllifidir.
3. Müxtəlif klublarla ən çox qalib olan futbolçu. Hollandiyalı
ulduz Klarens Zeedorf 3 müxtəlif klubla Çempionlar Liqasının qalibi
olub - 1995-ci ildə "Ayaks", 1998-ci illərdə "Real", 2003 və
2007-ci illərdə "Milan"la.
Klarens Zeedorf (solda) və Kaka (sağda)
4. Ən uzun məğlubiyyətsizlik seriyası. Bu rekord İngiltərənin
"Mançester Yunayted" klubuna məxsusdur. "Qırmızı şeytanlar" 2007-ci
il 19 sentyabr - 2009-cu il 27 may tarixlərində keçirdikləri 25
oyun ərzində məğlub olmayıblar.
5. Ən yaşlı qol müəllifi. "Roma"nın canlı əfsanəsi 38 yaşlı
Françesko Totti cari mövsümdə bunu bacardı.
6. Ən gənc qol müəllifi. Yunanıstanın "Olimpiakos" klubunun qanalı
forvardı Piter Oforikuaye 1997-ci ildə 17 yaşında ikən Norveçin
"Rusenborq" komandasının qapısına yol tapa bilmişdi. Lakin oyun
yunanların 1:5 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
7. Turnirdə ən çox qol vuran oyunçu. Həm "Barselona"nın forvardı
Lionel Messinin, həm də "Real"ın forvardı Ronaldonun hesabında 75
qol var. Lakin Messi turnirdə 17 oyun az keçirdiyinə görə bu rekord
argentinalıya məxsusdur.
8. Qapısını ən uzun müddət toxunulmaz saxlayan qapıçı. "Arsenal"ın
alman qapıçısı Yens Lemann 2005/06 və 2006/07 mövsümlərində ardıcıl
olaraq 10 oyun qapısından top buraxmayıb. Onun bu rekordu 853
dəqiqə təşkil edir.
9. Ən uğurlu klub. İspaniyanın "Real" klubu Çempionlar Liqası
tarixində turnirin kubokunu başı üzərinə 10 dəfə qaldıran yeganə
klubdur.
10. Ən tez qol. 2007-ci ildə Çempionlar Liqasının 1/8 final
mərhələsində "Bavariya"nın forvardı Roy Makay 10-cu saniyədə
"Real"ın qapısına yol tapdı.
11. Ən çox oyun keçirən oyunçu. "Barselona"nın xavbeki Xavi və
"Kral klubu"nun qapıçısı İker Kasilyas turnirdə 146 oyun
keçiriblər.
12. Kuboku ən çox qazanan futbolçu. Paolo Maldini və "Milan"
sözləri sinonimdir. Karyerası boyunca (1985-2009) yalnız "Milan"ın
formasını geyinən əfsanəvi italyan turnirin kubokunu 5 dəfə (1989,
1990, 1994, 2003, 2007) başı üzərinə qaldırıb. "Milan" Maldinisiz
cəmi iki dəfə qalib olub (1963, 1969).
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi