Azərbaycana Las Veqas bürüncü gətirilir
Bizi izləyin

İdman

Azərbaycana Las Veqas bürüncü gətirilir

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə ABŞ-ın Las Veqas şəhərində nüfuzlu "US Open" beynəlxalq turnirində iştirak edən karateçilərimizdən Nəcməddin Bünyadov (-84 kq) bürünc medal qazanıb.

Publika.az xəbər verir ki, 18-21 yaşlı gənclərdən ibarət seçmə komandamızın digər 2 üzvü - Vüsal Kamallı və Şahin Quluzadə (hər ikisi -75kq) isə döyüşlərini qənaətbəxş keçirsələr də, mükafatçılar arasına düşə bilməyiblər. "US Open"ə hər il olduğu kimi dünyanın ən güclü karate ölkələrinin idmançıları qatılıb.

AMKF-in prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Y.Bəşirov yarış ərəfəsində Las Veqasda amerikalı həmkarları ilə görüşlər keçirib, karatenin perspektivlərindən danışıbılar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm