Rumıniyadan 9 medalla qayıtdıq
Bizi izləyin

İdman

Rumıniyadan 9 medalla qayıtdıq

Rumıniyada bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, yığma komandamızın lideri Marina Durunda hər dörd finala çıxaraq, lentlə hərəkətlərə görə bürünc medal qazanıb.

Top və halqa ilə icra olunmuş hərəkətlərə görə azərbaycanlı gimnast 4-cü yerdə, ümumi 4 çıxışının nəticələrinə əsasən isə 5-ci yerdə qərarlaşıb. Öz növbəsində, Gülsüm Şəfizadə gürzlər və lent ilə finallara çıxdı, lakin medal qazanmağın bir neçə addımlığında dayandı.

Rumıniyanın paytaxtında Dünya Kuboku ilə eyni zamanda keçirilən beynəlxalq turnirdə iki gimnastımız - Ayşən Bayramova və Jalə Piriyeva fərqləniblər.

Senyor gimnastımız Ayşən Bayramova yüksək nəticə göstərərək, çoxnövçülükdə 3-cü olub. Həmçinin halqa və gürzlər ilə icra olunmuş hərəkətlərə görə iki gümüş medal qazanıb. Jalə Piriyeva dörd hərəkətin yekunlarına əsasən yeniyetmələr arasında 2-ci olub, həmçinin halqa ilə finalda ən yaxşı nəticəni göstərdi. Bundan əlavə, onun hesabında iki gümüş (top və iplə) və bir bürünc medal (gürzlər ilə) oldu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm