İdman
“Real”ı mövsümün sonunda parçalayacaqlar
Mövsümün sonunda “Real”ın heyətində ciddi dəyişikliklər gözlənilir. Hazırda yayılan transfer xəbərlərinə əsasən belə demək mümkündür.
Publika.az xəbər verir ki, “Bavariya” “Real”ın müdafiəçisi Serxio Ramosu hədəfə alıb. İspaniya mətbuatı iddia edir ki, Almaniya nəhəngiylə futbolçu arasında ilkin danışıqlar baş tutub. “Real” da Serxio Ramosla müqaviləni uzatmaq niyyətindədir. Ancaq danışıqlar zamanı məvacib məsələsində razılıq əldə olunmayıb. Ramos illik 10 milyon avro məvacib tələb edir. “Kral klubu”nun rəhbərliyi isə 8 milyon avrodan artıq vermək istəmir. Ramosun “Real”la hazırki müqaviləsi 2017-ci ildə başa çatacaq.
“Kral klubu”nun daha bir üzvünə talib var. PSJ Kərim Benzemanı Fransa paytaxtına gətirmək niyyətindədir. Parislilər Zlatan İbrahimoviçin klubdan ayrılacağı təqdirdə bu variant üzərində ciddi düşünəcək. İsveçli forvardın mövsümün sonunda ABŞ-a – MLS-ə yollanacağı deyilir. Bu baş verərsə, PSJ onun yerini doldurmaq üçün ya Benzemanı, ya da “Atletiko”nun hücumçusu Antuan Qrizmannı transfer edəcək.
Cari mövsümdə İspaniya çempionatında 27 oyun keçirən Kərimin aktivində 15 qol və 10 məhsuldar ötürmə, 28 oyun keçirən Qrizmannın aktivində isə 15 qol və 3 məhsuldar ötürmə var.
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı