Ukraynadakı müharibə Luçeskunu müflis edib?
Bizi izləyin

İdman

Ukraynadakı müharibə Luçeskunu müflis edib?

Ukraynadakı vəziyyətlə əlaqədar “Şaxtyor”un baş məşqçisi Mirça Luçeskunun 50 milyon dollar zərərə uğradığı bildirilir.

Publika.az xəbər verir ki, "Qalatasaray" və "Beşiktaş"ı çalışdırdıqdan sonra 11 ildir ki, Donetsk klubunda baş məşqçi işləyən təcrübəli mütəxəssis bütün sərvətini itirmək üzrədir.

Rumıniya mətbuatında elə bununla bağlı "50 milyon dollar necə itirilir?" başlıqlı yazı dərc olunub. Həmin yazıda bildirilir ki, problem təkcə Luçeskunun 50 milyon dollarlıq sərmayəsini buraxıb getməməsi ilə bağlı deyil. Rumıniyalı çalışdırıcının Ukraynadakı 50 milyon dollarlıq sərmayəsinin boşa çıxmasıdır.

Buna görə Mirça Luçeskunun 11 ildə etdiyi sərmayələr demək olar ki, tamamilə dəyərsizləşib. Təcrübəli mütəxəssisin pul yatırtdığı torpaqlar və mülkiyyət müharibə səbəbiylə dəyərini itirib.

Məlumatda bildirilir ki, “Şaxtyor”un prezidenti Rinat Axmetov bu problemləri həll edəcəyini öhdəliyinə götürərsə, yeni müqavilə təklif oluna bilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm