
Son dovrlərdə təyyarə qəzaları bir-birini əvəz edir. Daha bir qara xəbər ABŞ-dan gəlib. Budəfəki qəzanın qurbanları idmançılar olub.
Publika.az xəbər verir ki, ABŞ-da idmançıları daşıyan xüsusi təyyarə qəzaya düşüb. Nəticədə təyyarədə olanların hamısı həlak olub. Bu barədə “Nyu-York Tayms” nəşri məlumat yayıb. Hadisə ABŞ-ın İllinoys ştatında qeydə alınıb. İdmançılar Amerika Universiteti İdman Federasiyasının (NCAA) basketbol yarışından geri qayıdırmış. “Cessna 414” tipli təyyarədə olan 7 nəfər məşqçi və idmançının hamısı həyatını itirib.
Təyyarə İllinoys ştatının İndianapolisten hava limanından qalxdıqdan qısa müddətdən sonra Bloomington şəhəri yaxınlığında yerə düşüb.
Qəza ilə bağlı istintaq başlayıb.