Qadın güləşçilərimiz Bolqarıstanda
Bizi izləyin

İdman

Qadın güləşçilərimiz Bolqarıstanda

Qadın güləşi üzrə yığma komandanın üzvləri qarşıdan gələn beynəlxalq yarışlara və Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqlarını Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirir.

Publika.az xəbər verir ki, aprelin 6-dan başlayan təlim-məşq toplanışında 10 güləşçimiz iştirak edir. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Bolqarıstana Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yollanıb.

Təlim-məşq toplanışı aprelin 23-dək davam edəcək. Daha sonra güləşçilərimiz Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm