"Beşiktaş"ın avtobusuna hücum oldu - FOTO
Bizi izləyin

İdman

"Beşiktaş"ın avtobusuna hücum oldu - FOTO

Türkiyədə növbəti dəfə idman klublarından birinə aid avtobus hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, “Beşiktaş Gimnastika Klubu”na (BJK) aid “Mogaz” həndbol komandasının avtobusu hücuma məruz qalıb.

Hadisə Mersin şəhərində “Beşiktaş Mogaz” ilə “Hantaş Mersin Sportif” arasında baş tutmuş qarşılaşma zamanı baş verib.

Qarşı komandanın bir qrup azarkeşinin içərisində heç kim olmayan “Beşiktaş” avtobusuna daşlarla hücum etdiyi bildirilir.

Hücum nəticəsində avtobusun şüşələrinin sındığı bildirilir.

Polis hadisəni törədənləri yaxalamaq üçün əməliyyata başlayıb.

Xatırladaq ki, ötən həftə Türkiyənin “Fənərbaxça” klubu futbol komandasının avtobusu silahlı hücuma məruz qalmış, sürücü başından yaralanmışdı. Bundan sonra isə Fransanın “PSJ” komandasının avtobusuna qolf topu ilə hücum olmuş və avtobusun şüşəsi sınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm